I Abbas: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni ' == I Abbas haqqında sitatlar == *Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir ç...' ilə yarat
 
Redaktənin izahı yoxdur
Sətir 2:
== I Abbas haqqında sitatlar ==
*Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi. [[Abbasqulu ağa Bakıxanov]] <ref>Gülüstani-İrəm, "AzSSR Elmlər Akademiyası nəşriyyatı", Bakı-1951, səh.143-144</ref><ref>A. A/Bak;xanov. Gülüstani-İrəm (Tərcumə edəni M. Əskərli) - Bakı: Minarə, 2000. - [http://sdu-elibrary.info/books_sdu/N_3860.pdf səh.52]</ref> }}
[[Kateqoriya:Səfəvi şahları]]