Əlincə qalası: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifəni 'Əlincəqala, Əlincə-qala və ya Əlincə qalası — Azərbaycan Respublikası, Culfa rayonunun Xanəgah kəndində Əlincə çayının sağ sahilində yerləşən tari...' ilə yarat
 
Sətir 3:
* Əlincə qalasının müdafiəsinə təyin olunmuş Əmir Altun ilə Sultan Əhmədin oğlu Məlik Tahirin arasında düşmənçilik baş verir. Nəticədə Əmir Altunun dəstəsi dağılır, özü isə xaincəsinə öldürülür. İstedadlı sərkərdə Əmir Altunun həlak olması və qaladakı iğtişaşlar onun müdafiəçilərinə də mənfi təsir göstərir. Əmirin və əsgərlərin bir hissəsi Məlik Tahirdən üz döndərib qalanı tərk edir. Məlik Tahir isə xəzinəni də yığışdırıb qohumları və yaxın əyanları ilə birlikdə Bağdada qaçır. Teymurilər dövlətinin qoşunları heç bir müqavimətə rast gəlmədən Əlincə qalasına daxil olurlar.<ref>Naxçıvan Muxtar Respublikası, 2016</ref>
** İbn Ərəbşah - ərəb tarixçisi
* Şəki hakimi Seyid Əli Orlat mühasirədən cana gəlmiş və sümüyünə bıçaq dirəmiş Sultan Məlik Tahiri xilas etmək məqsədi ilə Əlincə qalasına gətirilmişdir. Onlar Əlincə divarlarına çatanda Sultan Məlik Tahir qaladan enmiş və onlara qoşularaq çıxıb getmişdir. Bundan sonra qalanın müdafiəsinə Əmir Seyid Əhməd Oğulşami rəhbərlik etmişdir.<ref>Şərafəddin Əli Yəzdi. Zəfərnamə (Azərbaycan tarixinə dair seçmələr), Bakı, 1996</ref>
**Şərafəddin Əli Yəzdi, orta əsr müəllifi, Əmir Teymurun tarixçisi
 
== İstinadlar ==
[[Kateqoriya:Azərbaycan qalaları]]