Əlincə qalası: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 4:
** İbn Ərəbşah - ərəb tarixçisi
* Şəki hakimi Seyid Əli Orlat mühasirədən cana gəlmiş və sümüyünə bıçaq dirəmiş Sultan Məlik Tahiri xilas etmək məqsədi ilə Əlincə qalasına gətirilmişdir. Onlar Əlincə divarlarına çatanda Sultan Məlik Tahir qaladan enmiş və onlara qoşularaq çıxıb getmişdir. Bundan sonra qalanın müdafiəsinə Əmir Seyid Əhməd Oğulşami rəhbərlik etmişdir.<ref>Şərafəddin Əli Yəzdi. Zəfərnamə (Azərbaycan tarixinə dair seçmələr), Bakı, 1996</ref>
**Şərafəddin Əli Yəzdi, orta əsr müəllifi, Əmir Teymurun tarixçisi
*Teymuri ordusu Sivas və Şam şəhəri tərəfə üz tutanda Əmirzadə Miranşahın qoşunundan Şeyx Məhəmməd Daruğa və Əmirzadə Şahruxun ləşkərindən Firuzşah göstərişə əsasən Əlincə qalasına getmiş və qalanın mühasirəsini davam etdirmişlər. Həmin vaxt qalada az adam qalmışdı. Bütün çətinliklərə baxmayaraq, qalanın kutvalı, yəni rəisi Əmir Seyid Əhməd Oğulşami son ana qədər müqavimət göstərsə də, qala tutulmuş, onun müdafiəsinə rəhbərlik edən Əmir Seyid Əhməd Oğulşami isə əsir götürülərək Əmir Teymurun hüzuruna göndərilmişdir. Həmin vaxt Bağdadda olan Seyid Əhməd Oğulşami buraya gətirilikdən sonra onun qətlinə fərman vermişdir.<ref>Şərafəddin Əli Yəzdi. Zəfərnamə (Azərbaycan tarixinə dair seçmələr), Bakı, 1996</ref>
**Şərafəddin Əli Yəzdi, orta əsr müəllifi, Əmir Teymurun tarixçisi