İlyas Əfəndiyev: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 73:
* Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi tənqidi və oxucular xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına daim müraciət edəcəklər. Çünki böyük ədibin yaradıcılığı nəinki özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətlə saxlayırdı, həm də xeyli hallarda psixoloji gərilmələr və kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyirdi. Məhz bu keyfiyyətinə görə, onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur. <ref>[https://artkaspi.az/az/eserlerinin-milliliyi-ilk-nvbede-onun-menlik-suurunun-gstericidirnizami-taisoy-yazir/#.XtHvsToza00]Əsrlərin, nəsillərin müasiri – İlyas Əfəndiyev</ref>
** Nizami Tağısoy - ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim.
== I ==
* İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.<ref>Ədəbiyyat və incəsənət, 1980, 23 may
</ref>
** Heydər Əliyev
 
== İstinadlar ==