İlyas Əfəndiyev: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 73:
* Azərbaycan ədəbiyyatşünaslığı, ədəbi tənqidi və oxucular xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığına daim müraciət edəcəklər. Çünki böyük ədibin yaradıcılığı nəinki özünün yaşadığı dövrün ictimai, siyasi, sosial, mədəni, mənəvi problemlərini daim diqqətlə saxlayırdı, həm də xeyli hallarda psixoloji gərilmələr və kataklizmlərlə müşayiət olunan məsələlərə yeni ideya-axtarış istiqamətlərində fərqli rakurslardan münasibət sərgiləyirdi. Məhz bu keyfiyyətinə görə, onun yaradıcılığının müasirlik düşüncəsində daim yer alacağı şübhə doğurmur. <ref>[https://artkaspi.az/az/eserlerinin-milliliyi-ilk-nvbede-onun-menlik-suurunun-gstericidirnizami-taisoy-yazir/#.XtHvsToza00]Əsrlərin, nəsillərin müasiri – İlyas Əfəndiyev</ref>
** Nizami Tağısoy - ədəbiyyatşünas-tənqidçi, tərcüməşünas-tərcüməçi, türkoloq, filologiya elmləri doktoru, professor, əməkdar müəllim.
 
* Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul Rzanın arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür. <ref>Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr</ref>
** NAZİM HİKMƏT - Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi
 
== I ==
* İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir...