Stanislav Eji Lets: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 4:
{{ABC}}
== A ==
* Adamlar qanunla hüququ tez-tez qarışıq salırlar.
* Adamyeyənlər elmin tamına baxmaq istəyəndə alimlərin dilini qoparırlar.
* Ah, əgər düşmənlərimin ölümündən sonra yenidən dünyaya gələ bilsəydim.
* Axında kimin könüllü üzdüyünü təyin etmək çox çətin işdir.
* [[Axmaqlıq]] - insanı düşünmək zərurətindən xilas etmir.
* Amerika yolunu kəsməsəydi, kim bilir Kolumb nə kəşf edəcəkdi!
* Anonim yazı yalnız o halda məqbuldur ki, onu yazanın özü həqiqətən mövcud olmasın.
* Artıq labirintlərə də lövhə vurublar: ''“Yolu azmaq qadağandır”''
* Ateistlər İsa peyğəmbərin anadan olduğu ddövrdən sonrakı zaman haqqında - "bizim era" deyirlər. Qəribədir.
* Azadlığı seçən bumeranqlar geri qayıtmırlar.
 
== B ==
* Bataqlıq bəzən dərinlik təsəvvürü yaradır.