Mustafa Kamal Atatürk: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 47:
== Ə ==
* Əfəndilər və ey millət! Yaxşı bilin ki, Türkiyə Respublikası şeyxlər, dərvişlər, müridlər, mənsublar ölkəsi ola bilməz. Ən düzgün və ən gerçək təriqət sivilizasiya təriqətidir.<ref>[http://web.archive.org/web/20190831192801/http://www.kastamonu.gov.tr/ataturkun-kastamonuya-gelisi---sapka-ve-kiyafet-devrimi Atatürk'ün Kastamonu'ya Gelişi-Şapka ve Kıyafet Devrimi]</ref><ref>"Türkiye Cumhuriyeti şeyhler, dervişler, müritler, mensuplar memleketi olamaz. En doğru ve en gerçek tarikat, uygarlık tarikatıdır." (Atatürk'ün Söylev ve Demeçleri, Cilt II, s. 215)</ref>
* Əgər böyük insan olmaq istəyirsənsə, kimisə tərifləməməli, aldatmamalı, ölkənin əsl hədəfini bilməli və bu hədəfə can atmalısan. Hamı sənə qarşı olacaq, hər kəs səni dayandırmağa cəhd edəcək. Amma sən bunlara qarşı olacaqsan. Onlar sənə qarşı saysız-hesabsız maneələr yaradacaqlar. Sən bu maneələri heç kimdən kömək almadan, özünü böyük yox, miskin, zəif, köməksiz hesab edərək, yalnız özünə inanaraq dəf edəcəksən. Əgər bundan sonra sənə böyük insan desələr, sən onlara güləcəksən.
* Əgər nə vaxtsa mənim sözlərim elmə zidd olacaqsa, elmi seçin.
* Əgər uşaqlıqda əldə etdiyim iki qəpikdən birini kitablara xərcləməsəydim, bu gün çatdığıma nail ola bilməzdim.