Teodor Drayzer: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 48:
* Əgər bir insanın zövqlərinə, zəifliklərinə, istəklərinə diqqətlə yanaşsaq, o insandan çox şey əldə edə bilərik.
* Əgər xeyirxah insanlar varsa, dünya bir o qədər də pis deyil!
* Əgər insanların qanuna hörmət etməsini istəyiriksə, qanuni əsas olmadan onlara əsaslanan qərarları dəyişdirməməliyik.
* Əgər sevgini nəzərə almasaq, bizə ən çox sevinc gətirən və təsəlli verən səyahətdir. Bütün yeni şeylər bizə çox vacib görünür və biz kədərli fikirlərdən uzaqlaşırıq. Cəmi "mən gedirəm" kimi iki kəlmənin arxasında bütöv bir dünya gizlənir...
* Ən güclü ruha malik insanlar bəzən ümidsizliyə qapılırlar. Elə anlar olur ki, böyük ağıla malik insanlar həyatı tutqun rənglərdə görürlər.
* Əsl sevgi çox incə bir şeydir. Onun alovu bataqlıq işığı kimi səyriyir və rəqs edərək əfsanəvi sevinc səltənətinə qovuşur.
 
== F ==
* Fəzilət, hamıya və hər kəsə xidmət etməyə hazır olan alicənablıqdır, lakin cəmiyyət bu keyfiyyəti bir o qədər də çox qiymətləndirmir.