Teodor Drayzer: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 75:
* Hər cür zəiflik, hətta zəiflik əlaməti belə insanları qorxudur. Onlar şüursuz şəkildə, sanki infeksiyaya tutulmaqdan ehtiyat edirmiş kimi bu cür adamlardan çəkinirlər.
* Hər kəs özündən asılı olmayan temperamentinə görə hərəkət edir və ona görə də onun özü, nə də başqaları onun əvəzindən bu temperamenti idarə etməyi bacarmır.
* Hər şeyi olduğu kimi qəbul etmək və ondan böyük fayda götürmək lazımdır.
* Hərəkətlərində heç vaxt tərəddüd etməyənlər üçün vəzifə və istək arasında çaşıb qalan zəif insanların əzabını anlamaq çətindir.
* Həyat, bəlkə də həyatın özündən daha çox kitablardan və sənət əsərlərindən öyrənilir.