Teodor Drayzer: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 6:
* Adətən, bir işin uğuru üçün zəngin bir insanın bir kəlməsi kifayətdir. Bunun üçün onun nə pulu, nə zəmanəti, nə də konkret təminatı lazım deyil, yalnız sözü kifayətdir.
* [[Ailə]] həyatında baş verən kiçik anlaşılmazlıqları yalnız böyük məhəbbət ram edə bilər.
* Allahın adından zəiflər kömək, güclülər isə zəifləri qul etmək üçün istifadə edirlər.
* Ana hər bir evin dirəyidir. Amma bunu yalnız həyat sona çatana yaxın başa düşürlər.
* Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi ... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır. Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb-biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı?