Teodor Drayzer: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 24:
* Birgə [[həyat]] şəraitində doğan kiçik narazılıqlara yalnız güclü məhəbbət üstün gələ bilər.
* Birgə yaşanan həyatda baş verən kiçik anlaşılmazlıqları yalnız güclü sevgi aradan qaldıra bilər.
* Birinin dərdinə şərik olma və məhəbbət göstərmək, əlbəttə ki, yaxşı işdir, amma bununla yanaşı, ehtiras və həvəs də saxlanılmalıdır.
* Biz özümüzü evlərimizin və əşyalarımızın təsirindən kənarda və hətta üstün olan bir fərd hesab edirik. Amma onların arasında, eləcə də onlarla bizm aramızda incə bir əlaqə var. Bu əlaqə əşyaların bizi, bizim isə əşyaları əks etdirməyimizə imkan verir. İnsanlar və əşyalar bir-birilərinə üstünlüklərini, incəliklərini və güclərini xəbər verirlər: gözəllik və ya bunun əksi dəzgahdakı məkik kimi bir-birinə qarışır. İnsanı onun üçün xarakterik və ona məxsus olan əşyadan aralaşdırın və siz görəcəksiniz ki, qarşınızda hüquqları, imtiyazları qaytarılmayana qədər özünə gələ bilməyən, torsuz hörümçəyi xatırladan nə xoşbəxt, nə də bədbəxt görünən bir fiqur dayanacaq.
* Bizi əhatə edən xarici mühit həyata münasibətimizi nə qədər dəyişir! Bir insan yoxsuldura, var-dövlət sanki onu müvəqqəti xoşbəxt edər. Əgər o, yad düşüncəli insanlar arasından çıxıb xoş bir mühitə düşərsə, o bir müddət bütün çətinliklərinin həll edildiyini düşünəcək. Bu, maddi vəziyyətimizdə heç bir dəyişiklik edə bilməyən daxili sakitliyimizə nə qədər az bələd olduğumuzu göstərir.