Çanakya: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 42:
* Bəzən düşmənlərlə barışıq müqaviləsi bağlamaq və dostlarla münaqişəyə girmək zərurəti yaranır. Müdrik qarşıya qoyulan məqsədə çatmaq üçün belə addımlar atır.
* Bir axmağı xidmət etməyə dəvət etməklə hökmdar üç böyük bəla tapacaq: pis bir nüfuz, var-dövləti itirmək və ölümdən sonra cəhənnəm.
* Bir çox hökmdarlar altı düşmənin qurbanı olmuşlar: şəhvətin, qəzəbin, tamahkarlığın, vasvasılığın, təkəbbürün və həsəd aparmanın. Güclü bir xarakterə sahib olanlar, onların izi ilə getməməli, ancaq salehliyi və zənginliyi qorumalıdırlar.
* Bir çox yaxşı keyfiyyətlərin əhəmiyyəti tək bir qüsura görə korlanar.
* Bir göz bəsirətdir, başqa göz yaxşı insanların cəmiyyətidir. Bu gözlərdən məhrum olanlar gec-tez illüziya quyusunun dibinə düşəcəklər.