Azad: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 3:
* Allah hamını azad yaradıb, təbiət heç kimi qul yaratmayıb. [[Alkimdamant]]
* Arzularına sərhəd qoymayan insan azad ola bilməz. [[Epiktet]]
* Azad insan bütün başqa şeylərdən ən az ölüm haqqında düşünür. Onun müdrikliyi ölüm haqqında yox, həyat haqqında düşünməsindən ibarətdir. [[Benedikt Spinoza]]
* Azad insan cəsarətlə, ruh yüksəkliyi ilə döyüşü seçdiyi kimi, qaçmağı da eyni keyfiyyətlərlə seçir. [[Benedikt Spinoza]]
* Azad insan hər cür qorxu və kədərdən azaddır. [[Konfutsi]]
* Azad insanın ölümdən daha az düşündüyü bir şey yoxdur. [[Benedikt Spinoza]]
* Azad olacaq şəxs özü özünü azad etməlidi. Azadlıq insanın qucağına düşən sehrli hədiyyə deyil. Azadlıq nədir? Azadlıq birinin özünə qarşı məsuliyyət ixtiyarıdır. [[Maks Ştirner]]
* Azad olmadığı halda özünü azad sananlar qədər kölə yoxdur. [[Yohann Volfqanq Göte]]
* Azad olmaq – özün kimi olmaq deməkdir. [[Jan Pol Sartr]]
* Azad olmuş yox, azad edilmiş qul nə edəcəyini bilməz - ya keçmiş qulluğunun həsrətin çəkər, ya da yeni ağa axtarar. [[Əbülfəz Elçibəy]]