Corc Oruell: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 19:
* Onun zehni ikifikirlilik labirintində itmişdi. Bilərək bilməmək; Düşünülmüş yalanı söyləyərək öz düzgünlüyünə inanmaq; Bir-birlərini inkar etdiyini bilə-bilə iki əks fikri qəbul etmək və hər ikisinə əmin olmaq; Məntiqlə məntiqi öldürmək; Əxlaqı elan edərək rədd etmək; Demokratiyanın mümkün olmadığını və partiyanın demokratiya qoruyucusu olduğunu hesab etmək; Nəyi unutmalı olduğunu unutmaq və lazım olanda yenidən yada salmaq, sonra dərhal unutmaq və ən əsası, bu prosesi prosesin özünə tətbiq etmək. İncəlik də elə bundadır: Şüurlu olaraq şüuru üstələmək və bununla belə özünühipnoz etdiyini bilməmək. Hətta “ikifikirlilik” sözünun özünü də ikifikirliliyin köməyi olmadan anlaya bilməzsən.
 
== Ö ==
* Özünü tanıyandan bəri, ərzaq heç vaxt çox olmamışdı, heç vaxt bütöv corabı və altpaltarı olmamışdı, mebel həmişə sınıq-sökük, otaqlar qızdırıcısız, metroda gediş – basa-bas, evlər – rəngləri solmuş, çörək – qara, qəhvə – iyrənc, çay – nadir hallarda, siqaretlər – say hesabı olardı.
== S ==
* Saxtakarlığın universal səviyyədə hakim olduğu dövrlərdə, gerçəyi söyləmək inqilabçı bir hərəkətdir. [[Corc Oruell]]
* Statistika öz ilkin halında da dəyişdirilmiş halında olduğu kimi uydurmadan başqa bir şey deyil.
 
== T ==
* Telekran dayanmadan əfsanəvi statistika püskürürdü. Əvvəlki il ilə müqayisədə daha çox ərzaq, daha çox geyim, daha çox ev, daha çox mebel, daha çox qazan, daha çox yanacaq, daha çox gəmi, daha çox vertolyot, daha çox kitab, daha çox körpə olmuşdu – xəstəlik, cinayət və dəlilikdən başqa hər şey çoxalmışdı