Paulo Koelyo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 54:
* Biz artıq küləyin, dənizlərin, günəşin enerjisini özümüzə tabe etmişik. İnsanın [[sevgi]] enerjisinə yiyələndiyi gün isə, öz əhəmiyyətinə görə odun kəşfindən geri qalmayacaq.
* Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr lap bizim yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz “Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır” deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq.
* Biz ona görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi düşünürük. Ona görə əzab çəkirik ki, sevgimiz gizli və təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya bilməmişik, odur ki, əzab çəkirik.
* Biz seçdiyimiz həyat yoluna ayaq basdığımız andan etibarən bütün digər yollar yox olur.
* Bizlərdən hər birimiz bu və ya digər anda göz yaşları içində təkrar etmişik: «Bu sevgi mənim əzablarıma dəyməz»”.