Paulo Koelyo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 52:
* Bir oğlanla xoşbəxt olmaq istəyirsənsə onu anla, sevməsən də olar. Bir qızla xoşbəxt olmaq istəyirsənsə onu sev, anlamasan da olar.
* Biz artıq küləyin, dənizlərin, günəşin enerjisini özümüzə tabe etmişik. İnsanın [[sevgi]] enerjisinə yiyələndiyi gün isə, öz əhəmiyyətinə görə odun kəşfindən geri qalmayacaq.
* Biz heç vaxt bu sözlərin mənasını sonacan anlamayacağıq. Çünki həyatımızın hər anında nə isə baş verə bilər – bilər ancaq vermir.
* Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr lap bizim yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz “Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır” deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq.
* Biz ona görə əzab çəkirik ki, aldığımızdan çox verdiyimizi düşünürük. Ona görə əzab çəkirik ki, sevgimiz gizli və təsdiqsiz qalıb. Biz öz qaydalarımızı qoya bilməmişik, odur ki, əzab çəkirik.