Cerom Selincer: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Bəla burasındadır ki, mən itkiyə qarşı çox biganə adamam: uşaqlıqda bu xasiyyətim hər dəfə anamı az qala dəli eyləyirdi. Adam var itirdiyi şeyi günlərlə axtarır. Amma mənim indiyəcən elə bir şeyim olmayıb ki, itirməyə heyifim gələ, onu hökmən axtarıb tapmağa çalışıram.
* Bəzi şeylərin ümumiyyətlə dəyişməməsi yaxşı olardı. Kaş onları şüşə vitrinə qoyub heç toxunmasaydıq.
* Bir adam bir işi həddən artıq gözəl bilirsə, onda hər dəfə özünə nəzarət eləməsə, başlayır öz bacarığını gözə soxmağa. Bununla da hər şey korlanır.
* Bir də təkrar eləməyin nə mənası. Bu camaatın qanındadır, elə ki onların dedikləri ilə dərhal razılaşdın, onu iki dəfə təkrar etməkdən həzz alırlar.
* Bir gün gələcək və sən hara getməli olduğuna qərar verəcəksən. Dərhal qərar verdiyin yerə getməlisən. Dərhal. Bir dəqiqə belə itirməyə haqqın yoxdur. Olmaz.