Burun: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 12:
* İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. [[Şan Yan]]
* İnsan ətrafında olan şeyləri və dünya ilə olan münasibətini həvasi xəmsə vasitəsilə dərk edir. Həvasi xəmsənin əvvəlincisi qüvveyi basirədir ki, gözlərin vasitəsilə, ikincisi qüvveyi samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü qüvveyi şammədir ki, burun vasitəsilə, dördüncüsü qüvveyi zaiqədir ki, dil vasitəsilə və beşincisi qüvveyi lamisədir ki, bədənin dərisi vasitəsilə dərk olurlar. [[Həsən bəy Zərdabi]]
* İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar. [[Ömər Xəyyam]]
 
[[Kateqoriya:Mövzular]]