Bərabər: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 9:
* Bərabərlik bərabər imkanlar yox, bərabər şərait deməkdir. Hər kəsə bərabər şərait yaradılmalıdır. Həmin şəraitdən kimin necə istifadə edəcəyi isə onun öz seçimidir. Ancaq şəraitdən yararlanıb müəyyən imkanlara malik olanlar isə sosial ədaləti də əldən verməməlidirlər.[[Aydın Mirzəzadə]]
* Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. [[Mövlana Cəlaləddin Rumi]]
* Bildirmək istəyirəm ki, mən heç bir şəkildə ağ və qara irqlər arasında ictimai və siyasi bərabərliyin tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Mən zəncilərin səsvermə hüququnun, yaxud münsiflər heyətinin üzvü və ya hökumətə rəhbərlik etmək hüququna malik olmalarının, nə də ağ adamlarla nikah bağlamalarının tərəfdarı deyiləm və heç vaxt da olmamışam. Buna əlavə olaraq qeyd etmək istəyirəm ki, ağlarla qaralar arasında elə bir fiziki fərq mövcuddur ki, bu fərq onların ictimai və siyasi bərabərlik şəraitində birgə yaşamaq imkanını istisna edir. Bu iki irq bir-birinə bərabər ola bilməz. Amma nəzərə alsaq ki, indi onlar bir yerdə yaşayırlar, o zaman onlar arasında hökmranlıq və tabeçilik münasibəti olmalıdır. Hər bir insan kimi, mən də ağ irqin hökmran olmasının tərəfdarıyam. [[Avraam Linkoln]]
* Bir günahı bağışlamaq sinəni gülləyə sipər etməyə bərabər fədakarlıqdır. [[Naməlum]]