Mövcud: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1:
{{ABC}}
== B ==
* Babək Xürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və zəzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı. [[Ziya Bünyadov]]
* Biz mövcud olanda, ölüm hələ olmur. O zaman ki, ölüm gəlir, artıq biz mövcud olmuruq. Beləliklə ölüm nə dirilər, nə də ölülər üçün var. [[Epikür]]
* Böyük səbir lazımdır! İlhama ümid bəsləməyin. Ümumiyyətlə, hər hansı bir ilham mövcud deyildir. Rəssamın yeganə sahib olduğu xüsusiyyətlər - müdriklik, diqqətlilik, səmimilik və iradədir. İşinizi dürüst zəhmətkeşlər kimi yerinə yetirin. [[Oqust Rodin]]
 
== G ==
* Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. [[İşiquro Kazuo]]