Mövcud: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 39:
 
== İ ==
* İqtisadi və texnologiya baxımından inkişaf etdikcə, bir-birimizə daha çox bağlanırıq. Gördüyümüz hər bir iş bu və ya digər şəkildə dünyanın geri qalanına təsir edir. Yeri gələndə, dünyadakı mövcud olan vəziyyət də hər bir fərdin xoşbəxtliyinə və bədbəxtliyinə təsir edir. İndi artıq keçmişdə olduğu kimi dayaz dünyagörüşlə, sadəcə bir meyarı nəzərə alaraq, yeganə bir səbəbi və ya faktoru göstərərək canımızı qurtara bilmərik. Bugünkü dünyada artıq hər bir hadisə bütün tərəfləri nəzərə alınaraq analizdən keçirilməlidir. [[Dalay Lama]]
* İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır. [[Oqust Rodin]]
* İnsan üçün ölüm-heç nədir, çünki biz mövcuduqsa, hələ ölüm mövcud deyil, nə zaman ki ölüm mövcuddur, o zaman biz mövcud deyilik. [[Epikür]]