Rəsul Quliyev: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
k revert edits by 178.243.87.178
Teq: Geri qaytarma
Redaktənin izahı yoxdur
Sətir 3:
*Mənim heç vaxt nə [[siyasət]]ə gəlməyimdən, nə də getməyimdən xəbərim olmayıb...
*Azərbaycanda həm [[kitab]]ımı oxuyanlar, həm gəlişimi istəyənlər var və mənim Azərbaycanda olmağım da əksəriyyət üçün ancaq xeyir verməklə yanaşı, elə onlar üçün də daha az zərər gətirər.
*Belə əcaib "tənəzzül sabitliyi"nə dünyanın heç yerində rast gəlinmir. Və nə qədər də ağrılı olsa da, deməliyik ki, bu "sabitlik"də xalqın günahı heç də o şahlarınkından az olmayıb.
*1994-cü ildə bundan qat-qat Azərbaycanın xeyrinə olan müqaviləyə qol çəkilmədiyi halda, indi nə əsasla 17 il bu torpaqlar əsarətdə, yüz minlərlə insan görülməmiş məşəqqətdə yaşamağa məcbur edilib?!
*Sözsüz ki, yüz illərdir davam edən "tənəzzül sabitliyi"nin üstünlüyü də var: yaxşı yaşamaq, daim inkişaf etmək istəyən cəmiyyətlərdən fərqli olaraq, biz dünyaya gəldikdən ta ölənə qədər evlənmək, uşaq əkmək, yarıac-yarıtox onları birtəhər böyütməkdən başqa, heç bir şey barədə düşünməmək instinkti yaratmışıq özümüzdə! Qarın dolusu yemək içməyimiz olanda artıq özümüzü xoşbəxt hiss edirik.