Benedikt Spinoza: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 81:
 
== M ==
* [[Məqsəd]] haqqında [[nəzəriyyə]] təbiəti[[təbiət]]i tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə [[hərəkət]] kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və [[mükəmməl]] olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa [[Allah]] tərəfindən edilən [[hərəkət]] ən mükəmməldir və nəyinsə baş verməsi üçün [[səbəb]] nə qədər çox olarsa, [[hərəkət]] bir o qədər qeyri-mükəmməl olar. Əgər [[Allah]] yaratdığı bütün şeyləri öz məqsədinə[[məqsəd]]inə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu [[nəzəriyyə]] Allahın[[Allah]]ın mükəmməlliyini məhv edir. Çünki, əgər [[Allah]] yaratdığını hansısa bir [[məqsəd]] üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar [[etiraf]] edirlər ki, [[Allah]] hər şeyi şeylərə görə yox, özü üçün yaradıb. Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan[[Allah]]dan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, [[Allah]] vasitə hazırlamaq istədiyi şeydən məhrumdur.
* Məlumatsızlıq bəhanə edilə bilməz.
* Mən Allahı bütün şeylərn transsendent (transsendent- idealist fəlsəfədə: təcrübə xaricində olan, dərk edilə bilməyən) yox, immanent (immanent- fəlsəfədə: bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili) səbəbi hesab edirəm. Mən Pavellə birlikdə, ola bilsin ki, bütün qədim filosoflarla birlikdə təsdiq edirəm ki, hər şey Allahın özündədir və Allahda hərəkət edir... Ancaq, əgər bəziləri “ Teoloji-siyasi traktakt” ın Allahın və təbiətin ( bu adlar altında müəyyən kütləni, yaxud maddi materiyanı başa düşürlər) mahiyyətcə eyni şey olmasına əsaslanmasını düşünürlərsə, onlar tamamilə səhv edirlər (“Oldenburqa məktub”-1675-ci il, noyabr-dekabr).