Qara Namazov: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 4:
* [[Sərraf Şiruyə]] xalqın yaddaşına hopmuş elə şairlərdəndir ki, əsrlər keçsə də onun adı, əsərləri heç zaman saz-söz sevərlərin ürəyindən silinən deyil. Hələ Sovet hökumətinin qılıncının dalının, qabağının kəsakəs vaxtında Şiruyənin şeirləri elin, obanın dilinin əzbəriydi. O şeirləri ki, Sovet hökumətinin qayda-qanunlarını tənqid edir, astar üzünü açıb ortaya qoyurdu. ...Tənqidi şeirlərinin qaladığı ocağın “tüstüsünə” kor olub Şiruyə uzun illər bir balaca kitaba həsrət qaldı. Ancaq əsil həqiqət budur ki, Şiruyənin heç bir kitabı çap olunmasa da, rəsmi mükafat, titul almasa da o dövrün çox ordenli şairlərindən populyar idi. Necə ki, bu gün də populyardı. Hansı poeziya məclisinə, el şənliyinə getsək orada Sərraf Şiruyənin şeirləri xanəndələr, aşıqlar tərəfindən ifa olunur, məclisləri rövnəqləndirir.
== Qara Namazov haqqında sitatlar ==
* Professor Nizami Cəfərov Q.Namazovun yaradıcılığı haqqında bu qənaətdədir: Qara müəllimin əsərləri, düşüncələri, ümumiyyətlə, yaradıcı şəxsiyyəti, mənsub olduğu millətin dünyagörüşünün, vərdişlər sisteminin birbaşa təzahürüdür.
O, araşdırmalarında həmişə tarixiliyə xüsusi önəm verib, əsas ixtisası olan folklorşünaslıq çalışmalarında da bu cəhət aydın seçilib. Və Qara müəllimin tarixi düşüncəsi bəzən o qədər irəli gedir ki, folklor qəhrəmanlarının, süjetlərinin, epizodlarının hər birində bilavasitə tarix görür. Onun təsəvvürüdə tarixin reallığı ilə folklorun bu mənada irreallığı arasında, demək olar, fərq yoxdur. Qara Hamazov xalqa, dədə-babalarımızın səmimiyyətinə o qədər dərindən inanır ki, istənilən folklor yaradıcısının dediyinə tarixi fakt kimi baxır. Əslində, bu onun tarix elmindən çox, folklora - xalqın bədii təfəkkürünə sədaqətinin nəticəsidir.
**[[Nizami Cəfərov]], professor
 
== İstinadlar ==
{{İstinad siyahısı}}