Jan Jak Russo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 23:
* Bəzi söhbətlər prinsiplər, bəziləri isə həyatda tətbiq üçündür. Onlar arasındakı ziddiyyət heç kimi hiddətləndirmir və ümumi bir fikrə görə, onlar bir-biri ilə uğunlaşmamalıdır. Hətta yazıçıdan, xüsusi ilə də moralist yazıçıdan kitablarında yazdığı kimi danışmağı, danışdığı kimi isə hərəkət etməyi tələb etmirlər.
* Bilməməzlik heç vaxt pislik törədə bilməz. Yalnız yanılma, səhv etmə öldürücüdür. İnsanlar bilmədiklərinə görə yox, özlərini bilikli göstərdiklərinə görə yanılırlar.
* Bir-birinə iki əks vəziyyət insanları avaraçılığa sövq edir: onlardan biri malik olduğumuza görə kifayətləndiyimiz səmimi sakitlikdir, ikincisi isə məmnunluğu hiss etməyə imkan verməyən doymaz şəhvətdir. Arzusu, istəyi olmayanla istədiyini ala bilmədiyini bilən eyni tərzdə hərəkətsiz olur. Hərəkət etmək üçün bir şeyə cəhd etmək və ona nail olmaq lazımdır.
* Bir işlə məşğul olanda, deməyə bir şey olanda danışırlar. Avaralıqda isə fasiləsiz danışmaq tələbatı yaranır.
* Bir qarış torpağı hasarlayıb “bu torpaq mənə məxsusdur” deyən və sadəlövh insanları tapıb buna inandıran adam vətəndaş cəmiyyətinin əsl qurucusudur. Dirəkləri aşıran, sərhəd kimi xidmət edən xəndəkləri dolduraraq “bu yalançıya qulaq asmaqdan ehtiyatlanın!, hər şeyin sizə, torpağın isə heç kimə mənsub olmadığını unutsanız, məhv olacaqsınız!” deyərək insanlara müraciət edən adam nə qədər cinayətlərin, müharibələrin, fəlakətlərin, dəhşətlərin qarşısını almış olur.