Jan Jak Russo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 31:
* Birləşmənin elə bir ümumi formasını tapmaq lazımdır ki, bu forma özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi azad olsun və yalnız özünə itaət etsin.
* Biz ətrafımızda demək olar ki, yalnız həyatlarından şikayət edən və canlarına qıyan çoxlu insan görürük. İlahi və insan qanunları birlikdə bu prosesi dayandırmaqda çətinlik çəkir. Siz heç azadlıqda olub vəhşi kimi həyat tərzi sürən insanın həyatdan şikayət edib intihar etməyi düşünməsini eşitmisinizmi? Həqiqi insan bədbəxtliyinə hansı tərəfdən yanaşmagımızı düşünün və mühakimə edin.
* Biz həyatın qayğısına yalnız o öz dəyərini itirəndə qalırıq və bu barədə qocalar gənclərdən daha çox təəssüflənirlər.
* Biz xəstəlikdən müalicə olunarkən xəstəliyi daşıdığımız vaxtdan daha çox əzab çəkmiş oluruq.
* Bizə məlum olan biliklərdən bəzisi yalan, digərləri səmərəsizdir, üçüncülər isə qüruru olanlar üçün qürur qidası kimi xidmət edir.