Jan Jak Russo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 22:
* Bədən kimi ruhun da öz tələbatları var.
* Bəşəriyyət torpağa həyat verən təmiz su kimidir. O, öz parçaları ilə torpağa ziyan vuran, onu kölgəsi ilə örtən yararsız qayaları quru qoyur və özünü müəyyən bir səviyyədə saxlayır.
* Bəzən zərbə hədəfə dəyməyə bilər, amma niyyət hədəfdən yayınmaz.
* Bəzi söhbətlər prinsiplər, bəziləri isə həyatda tətbiq üçündür. Onlar arasındakı ziddiyyət heç kimi hiddətləndirmir və ümumi bir fikrə görə, onlar bir-biri ilə uğunlaşmamalıdır. Hətta yazıçıdan, xüsusi ilə də moralist yazıçıdan kitablarında yazdığı kimi danışmağı, danışdığı kimi isə hərəkət etməyi tələb etmirlər.
* Bilməməzlik heç vaxt pislik törədə bilməz. Yalnız yanılma, səhv etmə öldürücüdür. İnsanlar bilmədiklərinə görə yox, özlərini bilikli göstərdiklərinə görə yanılırlar.