Jan Jak Russo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 32:
* Biri yüz il yaşayıb ölür, halbuki anadan elə ölü doğulub.
* Birləşmənin elə bir ümumi formasını tapmaq lazımdır ki, bu forma özünün ümumi gücü ilə hər bir üzvünün şəxsiyyətini və əmlakını müdafiə edə bilsin və qorusun və onun vasitəsi ilə hamı ilə birləşən şəxs əvvəlki kimi azad olsun və yalnız özünə itaət etsin.
* Biz anadan zəif doğuluruq-bizə güc lazımdır, biz anadan köməksiz doğuluruq - bizə kömək lazımdır, biz anadan mənasız doğuluruq - bizə ağıl lazımdır. Doğularkən malik olmadığımız və böyüyərkən onsuz keçə bilmədiyimiz hər şey tərbiyə ilə verilir.
* Biz ətrafımızda demək olar ki, yalnız həyatlarından şikayət edən və canlarına qıyan çoxlu insan görürük. İlahi və insan qanunları birlikdə bu prosesi dayandırmaqda çətinlik çəkir. Siz heç azadlıqda olub vəhşi kimi həyat tərzi sürən insanın həyatdan şikayət edib intihar etməyi düşünməsini eşitmisinizmi? Həqiqi insan bədbəxtliyinə hansı tərəfdən yanaşmagımızı düşünün və mühakimə edin.
* Biz həyatın qayğısına yalnız o öz dəyərini itirəndə qalırıq və bu barədə qocalar gənclərdən daha çox təəssüflənirlər.