Jan Jak Russo: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 294:
* Tarix-oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir rəhbərdir.
* Tez-tez edilən əfv cinayətkarların tezliklə ona ehtiyacı olmayacağından xəbər verir və bunun haraya aparacağı hamıya aydındır.
* Təbiət heç vaxt bizi aldatmır, biz özü-özümüzü aldadırıq.
* Təbiət istəyir ki, uşaqlar böyük olmazdan qabaq elə uşaq olsunlar. Əgər biz qaydanı pozmaq istəsək, yetişməmiş, dadı olmayan və tez xarab olan meyvələr əldə etmiş olacağıq. Uşağın xüsusi görmə, fikirləşmə və hiss etmə bacarığı vardır. Onun bu bacarığını dəyişməyə cəhd etməkdən axmaq şey ola bilməz. Uşaqlığın uşaqlarla yetişməsinə imkan verin.
* Təbii bərabərsizliyin mənbəyinin nədən ibarət olduğunu soruşmağa ehtiyac yoxdur, çünki cavabı bu sözlərin mənasındakı sadə bir izahdan tapmaq olar. Təbii vəziyyət – bu, özümüzü qoruyub saxlamağımıza dair qayğının başqalarının özünü qoruyub saxlamaq qayğısına daha az zərər verdiyi bir vəziyyətdir.