Füyuzat jurnalı: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 5:
* Ailə mərhəmət yurdu, əxlaq məktəbi, millətin sinəsində vuran ürək və mənəviyyat qalasıdır.
* Ana hər cür fəzilətin, tərbiyənin beşiyi, ailə ocağının səadət keşikçisidir.
* Ana şəfqət abidəsi, ata ədalət nümunəsi, ana sevgi qəhrəmanı, ata iftixar məqamı, ana şəfqət təlimçisi, ata iffət təlimçisi, ana qəlb, ata beyin, ana bağça, ata bağban, ana torpaq, ata su, ana günəş, ata isə nurdur. Ata və ana bir bədəndə bir ürək kimidir.
* Analar bəşəriyyətin əxlaq zəmanətçiləri, ruh və mənəviyyat qurucularıdır.
* Atdığın böhtan, ləkələdiyin insanlar, dil uzatdığın kişi, qadın, mənəvi zərbəni fikirləşmədən yazdıqların cəm olub, tufan olub, bəla olub üstünə gələcək.