Natiq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
 
Sətir 2:
== B ==
* Başqa sözlə desək, öz natiqlik qabiliyyətlərinizi inkişaf etdirin. Öz ideyalarını effektiv şəkildə təqdim etmək, elə təkmilləşmə və peşəkarlıq səviyyəsi qədər vacib nüansdır. Öz nitqiniz üzərində işləyin, onun aydın, səlis və ifadəli olmasına diqqət yetirin. İctimai, açıq çıxışlarda məşq edin – bunu o qədər davam etdirin ki, auditoriya qarşısında olarkən özünüzü öz doğma evinizdə olduğu qədər sərbəst, təbii və rahat hiss edəsiniz. Auditoriyanın idarə etmək qabiliyyəti, əla təqdimat bacarığı – liderin xarizma və özünə əminlik qədər başlıca və ayrılmaz keyfiyyətləridir. [[Napoleon Bonapart]]
* Bəzən təhqir edənə kəskin cavab verməyin müəyyən bir faydası var. Bu cavab qısa olmalı və qıcıq, qəzəb yaratmamalı, bərk əşya oxun zərbəsini dəf edib onu atana qaytardığı kimi, təhqir də ağıllı, özünə hakim olan natiqdən təhqir edənə sakitcə, hətta azacıq bir təbəssümlə çatdırılmalıdır. [[Platon]]
 
== Ə ==
* Əgər natiq danışmaq istədiyi şeylər barəsində mükəmməl məlumata malik deyilsə, o zaman onun natiqliyindən danışmaq olmaz. [[Mark Tulli Siseron]]