Yaponiya: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 2:
'''Yaponiya''' — Şərqi Asiyada yerləşən ada ölkəsi.
== Yaponiya haqqında sitatlar ==
* Avropalılar yaponlarla yaxından tanış olduqca, yapon həyat tərzi və quruluşuna diqqətlə baxdıqca, onlara aydın olur ki, Yaponiyanın simasında tamamilə yeni, tam müstəqil ruhlu, mükəmməl və dərindən işlənib qaydaya salınmış bir ölkə görürlər. Avropalılar, xüsusən, belə bir cəhətə mat qalırlar ki, ucqar şimal bölgəsindən tutmuş cənubadək Yaponiyanın bütün ərazisində tamamilə eyni ailə və ictimai məişəti anlayışı, dünyagörüşü, meyl, arzular mövcuddur.
 
**Q.Vostokov, “Yaponiyanın ictimai, ailə və dini məişəti”. Sankt-Peterburq, 1904.
 
 
* Çin dövlətinin şərqində, okeanda, Çin sərhədlərindən təxminən 700 verst (Rusiyada uzunluq ölçü vahidi. 500 sajen 1066,781 metrə bərabərdir. Tək halda rusca “Верста”, cəmdə “Верст”. 1 verst = 1066 m = 3500 fut) məsafədə Yaponiya adlı böyük ada yerləşir. Həmin adada Çin dövlətindəkinə nisbətən daha çox sərvət var, orada gümüş, qızıl filizləri çıxarılır. Yazıları və qismən də adətləri çinlilər ilə eyni olsa da, bu adamlar daha qəddardırlar, buna görə də dini (xristian) təbliğ etmək üçün ora gələn ruhanilərin çoxunu öldürmüşlər.