Yaponiya: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 9:
* Çin dövlətinin şərqində, okeanda, Çin sərhədlərindən təxminən 700 verst (Rusiyada uzunluq ölçü vahidi. 500 sajen 1066,781 metrə bərabərdir. Tək halda rusca “Верста”, cəmdə “Верст”. 1 verst = 1066 m = 3500 fut) məsafədə Yaponiya adlı böyük ada yerləşir. Həmin adada Çin dövlətindəkinə nisbətən daha çox sərvət var, orada gümüş, qızıl filizləri çıxarılır. Yazıları və qismən də adətləri çinlilər ilə eyni olsa da, bu adamlar daha qəddardırlar, buna görə də dini (xristian) təbliğ etmək üçün ora gələn ruhanilərin çoxunu öldürmüşlər.
 
** Moskvanın Pekindəki səfiri S.Nikolay üçün xatirə məktubundan , 1675.
 
* …Mən köhnə və yeni Yaponiya haqqında düşünürəm. Bilirəm, əsrlər boyu yaranan adətlər on illər ərzində yoxa çıxa bilməz. Yaponiyada köhnəliklə yenilik bir-birinə necə qovuşmuşdur? Hansı qüvvənin təsiri ilə? Deyirlər ki, Yaponiya öz qəlbi ilə köhnəlikdə, zehni ilə yenilikdədir. Bəlkə də yapon xalqının zehni ilə qəlbi əl-ələ verib addımlayır… Lakin hər halda Yaponiyanın keçmişində olan, xalqa bütün yenilikləri qəbul etmək bacarığı verən qüvvələr nə kimi qüvvələrdir? Yapon xalqının məişətinə, adətlərinə, onun etikasına, estetikasına diqqət edirəm. Minillik məişət və adətlər – varlığa çevrilmiş şüur, məişət, adətlər – doğrudan da mamont dişləri kimi möhkəmdir.