Yaponiya: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 15:
 
** Boris Piliyak, “Daşlar və köklər”. Moskva, 1935.
 
 
*Zövq məsələsində yaponlar çox sadədir. Onların həyat tərzindən göründüyü kimi, təbiiliyi hər şeydən yüksək qiymətləndirirlər. Çinlilər taxta parçasını hökmən rəndələdikləri halda, yaponlar sadə ağacdan tikilmiş evlərdə yaşamağı üstün tuturlar. Yaponiyada elə bir ailə çətin tapılar ki, var-dövlətinə güvənib hər gün öz evində çinli aşbazın hazırladığı qədər yemək hazırlatdırsın. Rəngkarlıqda çinlilər dəbdəbə, nəzərə çarpan bəzəkləri xoşlayırlar ki, bu da yaponlara zövqsüzlük kimi görünür. Çinlilər pion, qızılgül, orxideyanı – tünd ətirli və gözəçarpan gülləri xoşlayırlar. Bu, Qərb xalqlarının zövqünə daha çox uyğun gəlir. Yaponlar isə Çində o qədər də qiymətləndirilməyən sakura kimi çiçəkləri, həmçinin, çöl çiçəklərini, hətta adsız otları belə evlərinə bəzək edə bilərlər. İncəsənətdən, yaxud təbiətdən zövq almaq məsləsinə gəldikdə yaponlar qatı mühafizəkara çevrilirlər, çünki yalnız qədim meyarlara sadiqdirlər. Yaponlar yosun basmış daşları, çox balaca əyri ağacları xoşlayırlar, çünki onlar üçün bütün bunlarda insan əli dəyməyən təbii gözəllik vardır.
 
**İvao Matsuhara, “Yaponiyanın həyatı və təbiəti”, Tokio, 1964.
 
== Həmçinin bax ==
*[[Angel Beats!]]