Məsələ: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 1:
{{ABC}}
== B ==
* * Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.<ref>"Sərbəst insanlar ölkəsində" kitabından səhifə 201</ref> [[Əhməd bəy Ağaoğlu]]
* Bir məsələ üzərində çalışır və ya hər hansı bir fəlsəfə üzərində düşünürsünüzsə, özünüzə sadəcə bunu sual verin: Faktlar nələrdir? Və bu faktların dəstəklədiyi həqiqətlər nələrdir? [[Bertran Rassel]]
* 1 saniyə...qadınlar çox qəribədir. Qarşına keçirlər, səni ələ almağa çalışırlar və bunu bacarırlar. Sonra sənin ondan xoşun gələr, onu sevərsən, könlünü ona verərsən, hər şeyə dözərsən; bunu ancaq sən edərsən. Qəribədir. Məhz bu məsələ məni çox incidir. Məni başa düşmədiklərinə görə inciyirəm dostum. Sevirəm deyirlər, amma sonra gedirlər. [[Bob Marli]]
* Bir sistem mövcud bir sistem çərçivəsində həll edilə bilməyən bir məsələ ilə qarşılaşdıqda dağılır. [[Albert Eynşteyn]]
== Ç ==
* Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Həta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqləninin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… [[Toni Morrison]]
 
== D ==