Mahiyyət: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 23:
* Mən musiqiyə qulaq asanda mənə elə gəlir ki, bütün insanların, eləcə də mənim həyatım hansısa əbədi ruhun yuxusunun mahiyyəti, ölüm isə oyanışıdır. [[Artur Şopenhauer]]
* Mən şöhrətin ən pik nöqtəsindəydim, daha sonra uğursuzluğu da hiss elədim və anladım ki, mahiyyət olaraq bunlar eyni şeydi. [[Anna Axmatova]]
* Müəllimliyin mahiyyəti öyrənməni cəlbedici etmək, bu fikrin başqa bir fikrə təsiri ilə qığılcım effekti yaratmaqdır. [[Marva Collins]].
* Mürəkkəb cəhlin əlacı. Bu cəhlin mahiyyəti ondan ibarətdir ki, nəfsin elmdən xəbəri olmadığı halda elə bilər ki, həqiqətən, alimdir və məşğuliyyəti də elmdir. Heç bir rəzilət bundan daha təhlükəli və dəhşətli ola bilməz. Bədən təbibləri bəzi pis və uzun sürən xəstəlikləri müalicə etməkdə aciz qaldıqları kimi, nəfs təbibləri də bu mərəzi müalicə etməkdə aciz qalarlar. Bu əyri, kəc xasiyyət səhvini başa düşməz, düşsə də boynuna almaz, bu “elm” elə bir elm olar ki, cəhl yüz dəfə ondan yaxşıdır. Buna qarşı ən faydalı tədbir həmin cəhalət sahibini həndəsə, hesab, cəbr və bu kimi riyazi elmlərlə məşğul olmağa məcbur etməkdir, əgər maraqlanıb öyrənməyə başlasa, əsl elm ləzzətinin, həyat həqiqətinin, nəfs izzətinin nədən ibarət olduğunu başa düşər; hər halda onda bir sağalma və ayrılma əmələ gələr. Bundan sonra əvvəlki əqidələri haqqında fikirləşsə, ondan doğruluq ləzzəti almaz, şəkk-şübhə başlar, ürəyinə xal düşər. İnsafı olsa, az müddət ərzində əqidəsinin yalnış olduğunu anlar, “sadə cəhl” mərtəbəsinə enər, təlim edilməyə razı olar. [[Nəsirəddin Tusi]]
* Mütləqi də, mahiyyəti də, sonsuzluğu və əbədiyyəti də insan ancaq ruhunun ənginliyində tapa bilər. [[Əbu Turxan]]