Nəsirəddin Tusi: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 52:
* Dərk sürəti ona deyilir ki, nəfs yalnız öyrəniləsi şeylərə doğru yönəldilsin, mənimsəmədə “dayanmaq”, “duruxmaq” kimi “rəzilətlərə” ehtiyac qalmasın.
* Dinclik ona deyilir ki, Allahın sirri, ruhların mahiyyəti haqqında müxtəlif rəylər çarpışıb, zidd fikirlər mübarizə edən vaxt nəfs dinc otura, şirin dil töküb, gah o tərəf, gah bu tərəfə meyl etməyə (tərəddüdə yol verməyə).
* Divarı uçurmazdan əvvəl o tərəfdə səni nə gözlədiyini öyrən.<ref>Aforizmlər və hikmətli kitablarsözlər. Bakı, 2005, səh.36</ref>
* Doğum baş tutduqdan, uşaq doğulduqdan sonra tərbiyəsi düz olmazsa, böyüdükdə onun da zəhməti valideynin boynuna düşər. Adamlar artdıqca, yəni qadın, kişi, övladlar çoxaldıqca, bu adamların yeməklərini çatdırmaq, ehtiyaclarını ödəmək bir adam üçün çox çətin olar, köməkçilərə, xidmətçilərə ehtiyac yaranar və mənzilin rüknünü təşkil edən bu camaatın məişətini nizama salmaq məsələsi ortaya çıxar.
* Dövlət quşunun girən yeri dar olar, çıxan yeri gen.