Abbasqulu ağa Bakıxanov: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 55:
* İnsana səadət bəxş etməkdən yüksək və gözəl bir əmək yoxdur.
* İnsanın şərafəti öz qabiliyyətinə görədir, nəslinə görə deyildir. Ağıllı övladın nəslə ehtiyacı yoxdur, naxələf övlad isə nəslin adını batırır.
 
== K ==
* Kimsə var-dövlət, cah-cəlalı çox sevirsə, onunla dostluq yaramaz, çünki o, həmişə öz xeyrinə və başqasının zərərinə çalışacaqdır.
 
== Q ==
* Qorxusu olan adam yaşayış ləzzətindən məhrum olar.
 
== M ==
* Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın.<ref>Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.70</ref>
== N ==
* Nəfsin istəyəni etmə, əqlin istəyinə əməl et. Çünki yaxşı və pisi ağıl seçir.
 
== O ==
* O adam ağıllı hesab olunur ki, öz nöqsanını başqalarından çox görsün və hünərini az bilsin.
* O adamlarla otur-dur ki, hamı onları yaxşı hesab edir, əclaf və hərzə adamlardan uzaq ol ki, sən də onlar kimi olmayasan.
 
== P ==
* Paxıllıq qabiliyyətin yoxluğundan doğar. Hər kəs öz qüvvəsinə inansa, o, istədiyini əldə etməyə qadirdir.
* Pis xasiyyətli adamlardan və pis xasiyyətlilikdən qorx, çünki bədməcaz adam öz-özündən incikdir, xalq isə ondan daha çox.
 
== Ş ==
* Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qurbanı edər.
 
== T ==
* Tez deyib peşiman olmaqdansa, gec demək məsləhətdir.
* Təvazökarlığı alçaltmaq dərəcəsinə çatdırmaqdan çəkinin.
 
== V ==
* Vay o adamın halına ki, ölü nəcabəti ilə fəxr edir.
 
== Y ==
* [[Yalan]] danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz.
* [[Yalan]] danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar.
* Yamanlara yaxşılıq etmək, yaxşıların haqqında pislik etmək kimidir.
 
== Z ==
*Zehnin itiliyi fəsad və puç xəyallara qapılarsa, axmaqlığa çevrilər.
== İstinadlar ==
 
[[Kateqoriya:Azərbaycan polkovnikləri]]
[[Kateqoriya:Azərbaycanlı polkovniklər]]