Mark Tulli Siseron: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 307:
* Qocalığın yaş həddi yoxdur və qocaların həyatı ağır həyat yükünü daşımaqla və ölümə nifrət etməklə bağlıdır. Ona görə də qocalıq gənclikdən daha cəsarətli və daha güclüdür. Tiran Pisistrat Solondan onun cəsarətlə müqavimət göstərməsinə güc verənin nə olduğunu soruşanda o cavab verir: “Qocalıq”.
* Qocaları işdən uzaqlaşdırmaq istəyənlərin gəmi üzərkən sükançının heç nə eləmədiyini iddia edənlər kimi heç bir əsası yoxdur.
* Qorxunun gözləri böyük olar.
* Qoy hər kəs bacardığı yolla getsin. Çünki, əgər birinci olmağa çalışsan,ikinci, üçüncü olmaq da biabırçı deyil.
* Qoy hər kəs öz imkanlarını bilsin və aktyorların bizdən daha ağıllı görünməməsi üçün özünün yaxşı və pis keyfiyyətlərinin ağıllı hakimi olsun. Çünki, aktyorlar özləri üçün ən yaxşı şeyləri yox, onlara uyğun gələn faciələri seçirlər. Beləliklə, aktyor bunu səhnədə başa düşər, ancaq müdrik insan həyatda başa düşməz?