Ömər Xəyyam: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
kRedaktənin izahı yoxdur
Redaktənin izahı yoxdur
Sətir 9:
* Bu həyat aldığın nəfəs qədər qısadır. Bu can sənə verilmiş bir əmanətdir. Onunla əmanətə layiq kimi rəftar elə.
* Bu həyatda müdrik yaşamaq üçün gərək insan kamil ola. İki vacib qaydanı öncə yadında saxla: Hər nə gəldi yeməkdən, yaxşıdır insan ac qala, kimlə gəldi olmaqdansa, ömürlük tənha ol.
 
== D ==
* Dərilən gül verilməli, yazılan şeir sonlanmalı, sevilən qadınsa xoşbəxt olmalıdır. Yoxsa altından qalxa bilməyəcəyin işə baş qoşmamalısan.
* Dünyanı yenidən yaradardı, məni də yanında saxlayardı, deyərdim: ya məni sil dəftərdən, ya da mənim istədiyim kimi yarat dünyanı.
 
== E ==
* Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş!
* Ey sevginin sirlərindən xəbərsiz yaşayanlar! Bilin ki, bütün varlığın əsas qaynağı sevgidir, sevgi...
 
== Ə ==
* [[Ədalət]] kainatın ruhudur.
 
== G ==
* Gedəni saxlama, gələnisə qovma. Bax o zaman əsl xoşbəxtlik özü səni tapacaq.
* Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil.
* Güclü olduğuna inandırdın məni; bol-bol da verdin mənə verəcəklərini. Yüz il günah işlədib bilmək istərəm; günahlarmı sonsuz, yoxsa sənin rəhmətin.
 
== H ==
* Hamı çox yaşamaq istəyir, amma hamı qocalmaq istəmir.
Sətir 32 ⟶ 27:
* Həyat tərəfindən döyülən çox şeyə nail olacaq. Ağzı duzdan yanmış insan, balın dadını daha yaxşı biləcək. Göz yaşı tökmüşlər daha ürəkdən gülür. Kim ki, ölüb, yaşadığını anlayır.
* Həyatda çox vaxt səhv edərək, bizə dəyərli olanları itiririk. Yadların xoşuna gəlməyə çalışırkən, doğmalara yad düşürük. Bizə layiq olmayanları bəzən ucaldır, ən sadiqlərə isə arxa dönürük. Bizi ən çox sevənlərin qəlbinə dəyir, özümüz isə üzürlər gözləyirik.
 
== X ==
* Xanımı olan kişini məst etmək (yoldan çıxarmaq) mümkündür, məşuqəsi olan kişini də tovlamaq olar, amma aşiq olan kişini tovlamaq qətiyyən mümkün deyil.
 
== İ ==
* İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.
* İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar.
 
== K ==
* Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə.
* Kədər olsun o ürəyə ki, orda yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə, sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir, bu bəhrəsiz gündən daha tutqun və daha solğun, daha sıxıcı gün ola bilməz.
* Kimisi qızılgülün ətrini anlamaz, kimisi isə acı otlardan belə bal hazırlayar. Kimisi etdiyin xırda yaxşılığı belə əbədi xatırlayar, kimisi də həyatı belə bağışlasan, yenə anlamaz,qədrini bilməz.
 
== M ==
* Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir.<ref>Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.75</ref>
== O ==
* Oyan! Yaşamaq üçün qarşımızda sonsuzluq var.
Sətir 55 ⟶ 46:
* Sevdiyin insanın qüsurlarını belə bəyənirsən, sevmədiyində isə hətta ləyaqətlər belə səni qıcıqlandırır.
* Sevdiyini mərdcəsinə sevən insan, pərvanə kimi atəş üçün darıxar. Sevib də yanmaqdan qorxan insanın, nağıl danışmaqdır peşəsi.
 
== T ==
* [[Tarix]] kainatın vicdanıdır.
Sətir 64 ⟶ 54:
== Mənbə ==
* Aforizmlər və hikmətli sözlər. Bakı, 2005.
== İstinadlar ==
 
[[Kateqoriya:İslam filosofları]]
[[Kateqoriya:İran filosofları]]