Məcbur: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 31:
* Heç kəs nikah kəsdirilməyə məcbur edilmir, lakin nikah kəsdirdimi, nikah qanunlarına itaət etməyə məcbur olunur. [[Karl Marks]]
* Həqiqətdə də həyatın mənası olmasaydı və ən mənasız şeyi seçməyə məcbur qalsaydım, ən seçiləsi mənasızlıq həyat olardı. [[Fridrix Nitsşe]]
* Həmişə mümkün olmayan hallara bizi inandırmağa məcbur edən hiss: sevgi adlanır. [[Oskar Uayld]]
* Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. [[Nəsirəddin Tusi]]
* Hökumət suverenliyi qəsb edəndə, ictimai razılaşmanı dağıdanda və bütün sadə vətəndaşlar haqlı olaraq öz təbii azadlığına qayıdarkən itaət etməyə məcbur edilsələr də, itaət etməyə məcbur deyillər. [[Jan Jak Russo]]