Uorren Baffett: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 1:
[[Şəkil:Warren Buffett KU Visit.jpg|thumb|Uorren Baffett]]
Uorren Edvard Baffett (ing. Warren Edward Buffett [ˈbʌfɨt]; 30 avqust 1930, Omaha, Nebraska — Amerikalı sahibkar, dünyanın ən böyük və ən tanınmış investorlarından biri. Sərvəti 2018-ci ilin sentyabrında 108,4 milyard dollar 12 fevral 2019-cu ildə isə 84,9 milyard dollar qiymətləndirilərək onu dünyanın dördüncü ən varlı adamı etdi
{{ABC}}
== A ==
* Ancaq qabarma-çəkilmə başa çatdıqdan sonra kimin çılpaq üzdüyünü anlaya bilərsiniz.
 
== B ==
* Başım çıxmayan işlərə sərmayə qoymaram.
* Bir balığa quruda gəzməyin nə olduğunu öyrədə bilərsinizmi? Quruda bir günlük gəzinti onun haqqında min il danışmaqdan daha gözəldir. Biznes də belədir.
* Bir nəfər bu gün kölgədə oturursa, uzaq keçmişdə başqa birisi [[ağac]] əkdiyinə görədir.
 
== C ==
* Corab da olsa, aksiya da olsa, qiyməti enəndə alaram. Bəlkə də bacardığım yeganə şey budur.
 
== Ç ==
* Çayın dərinliyini iki ayağınızla birdən ölçməyə çalışmayın.
* Çox istedadlı olsanız da, var gücünüzü sərf etsəniz də bəzi nəticələr əldə etmək üçün [[vaxt]] lazımdır.
== D ==
* Daim özündən daha yaxşı mövqedə olan insanlarla birlikdə olmaq yaxşıdır, çalışın sizdən daha yaxşı tərzə malik olan insanlarla vaxt keçirin. Tədricən onlara bənzədiyinizi görəcəksiniz.
* Dürüstlük çox bahalı bir hədiyyədir, onu ucuz insanlardan gözləməyin.
 
== E ==
* Etibar qazanmaq 20 il çəkər, itirmək 5 dəqiqə.
 
== Ə ==
* Əgər ehtiyacınız olmayan şeylər satın alsanız, bir müddət sonra ehtiyacınız olan şeyləri satmağa məcbur olarsınız.