Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
k 212.47.136.169 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər Turkmen tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teq: Geri qaytarma
Sətir 1:
*Abır istəsən çox demə, Sağlıq ististəsən çox yemə.
*Ağzının qaytanı yoxdur.
*Adam var gözdən qızar, Adam var sözdən qızar.
Sətir 60:
*Yalançının hafizəsi olmaz.
*Yalançı tamahkarı aldadar.
*Kələk ilə gələn, külək ilə gedər.
*Kişinin sözü bir olar.
*Nə dil bilsin, nə dodaq.
*Sözü söz kəsər.
*Söz bir olsa, dağ oynayar yerindən.
*Söz var el içində, söz var ev içində.
*Söz vaxtına çəkər.
*Söz verər, bez verməz.
*Söz qılıncdan kəsərlidir.
*Söz danışıqdan keçər.
*Sözdən söz götürür.
*Sözdən söz çıxar.
*Söz doğar.
*Söz insanın vuran əlidir.
*Söz ki var, dəmirdir, vurduqca uzanar.
*Söz götürənin, yer oturanındır.
*Sözlə plov olmaz, yağ ilə düyü gərək.
*Sözü məqamında deyərlər.
*Söz odur ki, haqqa vara.
*Söz sözün dayağıdır.
*Söz sözü çəkər, arşın bezi.
*Sözü ağzında bişir, sonra çıxart.
*Sözü asta, ürəyi tasvasda.
*Sözü at, yiyəsi götürər.
*Sözü yaxşı anla,
:Sonra qızıb banla.
*Sözün başı axırından bilinər.
*Sözün damarı olar, çəkdikcə uzanar.
*Sözün də qanadı var.
*Sözün doğrusun de, min atını çap.
*Sözün doğrusunu zarafatla deyərlər.
*Sözün zahiri zərif, batini lətif olmalıdır.
*Sözün ilə işin bir olsun.
*Sözün yalanı olmaz, yanlışı olar.
*Sözün yaxşısı baldan şirin olar.
*Sözünü bilməyənə aşağı başda da yer yoxdur.
*Sözü sözdən alarlar.
*Söz həyatın bəzəyidir.
*Söz çeynəyən çox, söz deyən az.
*Söyləyəndən dinləyən arif gərək.
*Söyləyən olma, dinləyən ol.
*Söhbət ki var, bulaqdır, kəsilməsə axacaq.
*Hərzəkar ağız başa yumruq vurdurar.
*Çox bilirsən, az danış.
*Çox bilib az danışmaq igidin ləngəridir.
*Çox bilən quş, dimdiyindən cələyə düşər.
*Şirin dil ilanı yuvadan çıxardar.
 
[[Kateqoriya:Azərbaycan atalar sözləri]]