Azərbaycan atalar sözləri/Mərdlik və igidlik: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Səhifənin məzmunu silindi
Teqlər: Boşaltma Geri qaytarıldı
k 188.253.225.244 (Müzakirə) tərəfindən edilmiş dəyişikliklər 158.181.41.134 tərəfindən edilmiş dəyişikliklərə qaytarıldı.
Teqlər: Geri qaytarma Geri qaytarıldı
Sətir 1:
 
*Ağac əyildi, sındı, igid əyildi, öldü.
*Aydan arıyam, sudan duru.
*Alıcı adam peysərindən bilinər.
*Alnım açıq, üzüm apbalam
 
*Araba qoş, çarxa dur, Mərd igidə arxa dur.
*Aslanın nə erkəyi, nə dişisi
*Asta sox, Rasta sox.
*At ət ilə, igid don ilə.
*[[At]] ölər nalı qalar, [[İgid]] ölər namı qalar.
*Beş günün yarağı, bir günün gərəyi.
*Bir igid qırx ildə meydana gələr.
*Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar.
*Bir qorxaq bir ordunu bada verər.
*Vura bilməyən, daşın böyüyünü götürər.
*Vuran igid [[dayı]]sına gəyişməz.
*Vuraram ölər, kiş deyərəm getməz.
*Vur qırxı, gedər qorxu.
*Vur deyənlə, vuran yarıdır.
*Qapan [[it]] dişin göstərməz.
*Qaçanı qovmazlar.
*Qılıqlı min evi yeyər, qılıqsız bir evi də yeyə bilməz.
*[[Qorxaq]] qaçar hay gəlməmiş, Çırmanar keçməyə çay gəlməmiş.
*Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol.
*Qorxaq nə zərər eylər, nə mənfəət.
*Qorxaq hər şeyi dörd görər.
*Qorxaq öz kölgəsindən də qorxar.
*Qorxan gözə çöp düşər.
*Qorxan öküz cütə getməz.
*Qorxu adama yalan söylədər.
*Qorxu başa bəladır.
*Qorunan baş salamat olar.
*Qorxursansa pişikdən, Niyə çıxırsan deşikdən.
*Qoçdan qoç törər
*Qoç döyüşünə qoç dözər.
*Qoç igid qurddan çəkinməz.
*Qurbansız bayram olmaz.
*Qurddan qorxan qoyun saxlamaz.
*Quş var ətin yeyərlər, quş var ət yedirdərlər.
*Quşqun olub quyruq altına keçincə, yüyən ol başa keç.
*Dağlar başına qış, İgid başına iş.
*Zəri də var, zoru da.
*Yanında igid olsun, kol dibi evin olsun.
*Yaxşı at nalı gözlər, yaxşı igid dalı.
*Keçmə namərd körpüsündən qoy aparsın sel səni, Yatma tülkü daldasında qoy yesin aslan səni.
*Namərddın keç, mərddə dur.
*Namərdə yaxa vermə, mərdə arxa ol.
*Namərdi bir gördüm, bir də görsəm namərdəm.
*Namərdin otağından, mərdin ağac kölgəsi.
*Namərdin plovundan, mərdin qaşıq aşı.
*Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala.
*Namərdə tuş gələnin işi düyünə düşər.
*Pis iş mərdə ar olar, Namərd gözü dar olar.
*Təkədə qoç hünəri olmaz.
 
[[Kateqoriya:Azərbaycan atalar sözləri]]