Barie Davenport: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 14:
 
== H ==
* Hədəfinizi təyin edin. Məqsədsiz həyat çox maraqsız olur. Sizin üçün əhəmiyyətli olanını tapın və həyatınızı onun ətrafında qurun.
* Həyat – hal-hazırda əlimizdə olandır. Biz həmişə gələcəkdə baş verəcək inanılmaz şeyləri gözləyirik və indiki zamanda yaşamağı unuduruq. İndiki zamanda yaşamağı öyrənin və gələcəkdəki xəyallara ümidlənməyin.
* Həyatınızda ən mühüm şey sizin üçün yaxın və doğma olan insanlardır. Onlar həyatınızda birinci yer tutmalıdırlar. Onlar işdən, hobbidən, kompüterdən daha önəmlidirlər. Onlara dəyər verin. Onlar sizin həyatınızdır.
 
== İ ==
* İdman gücdür. Mütəmadi olaraq idmanla məşğul olun, idman həyatınızın ayrılmaz hissəsinə çevrilməlidir. Bu sizi fiziki, mənəvi və emosional baxımdan daha da gücləndirəcək. Eyni zamanda idman bizim sağlamlığımıza və xarici görkəmimizə müsbət təsir göstərir. İdman bütün dərdlərin dərmanıdır.