Evlilik: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 13:
* Evlilik, iki nəfərlik təklikdir. [[Özdəmir Asaf]]
* Evlilik insan cəmiyyətinin birinci pilləsidir. [[Siseron]]
* Evlilik sevgi və ya dostluğa qadir olmayan, nə sevgidə, nə də dostluqda heç bir təcrübəsi olmayan və bu çatışmazlıq barədə özlərini və başqalarını aldatmaq istəyən insanlar üçün doğru görünə bilər və onlar bu evlilikdən məyus ola bilmirlər. [[Fridrix Nitsşe]]
* Evlilik sevgidən daha vacibdir, mən burada köhnə qaydaları üstün tuturam – ən vacib olan hörmətdir. Ancaq bunu heyrətlə səhv salmaq olmaz. Bütün evlilik boyu ərinizə heyrətlənmək çox darıxdırıcıdır və bu boynun arxasında revmatik ağrılarla bitəcək. [[Aqata Kristi]]
* Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. [[Vudi Allen]]