İncəsənət: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 11:
* İncəsənət, həyatla barışmaqdır.[[Nikolay Qoqol]]
* İncəsənət individualizmin bəşəriyyətə məlum olan ən güclü formasıdır. [[Oskar Uayld]]
* İncəsənət, insan əzəmətinin təzahürüdür.[[Lev Tolstoy]]
* İncəsənət qısqancdır, o tələb edir ki, insan özünü bütünlüklə ona həsr etsin. [[Mikelancelo]]
* İncəsənət, millətin libasıdır.[[Onore de Balzak]]
* İncəsənət nümunələrini, şah əsərlərini uyğun olmayan vaxtda eşitməkdən və dinləməkdən böyük səhv yoxdur. Məhz bir çoxları üçün. [[Aqata Kristi]]
* İncəsənət üçün çox şey, ən başlıcası isə od lazımdır! [[Lev Tolstoy]]
* İncəsənətdə əxlaqsızlıq mövcud ola bilməz. Hətta artıq iyrənc görünən istək tələb olunsa belə, incəsənət həmişə müqəddəsdir. Çünki o yalnız müşahidə səmimiliyini özündə birləşdirir, özünü aşağılamağa qadir deyildir. Əsl incəsənət əsəri həmişə alicənabdır. Hətta mal-qaranın həyəcanını verməyə çalışan rəssam belə hiss etdiyi ən insaflı təəssüratı verməyə çalışır.[[Oqust Rodin]]
* İncəsənətin vəzifəsi təbiəti köçürmək yox, ifadə etməkdir. Biz, şeylərin, varlıqların mənasını, görünüşünü ağlımızla dərk etməliyik.[[Onore de Balzak]]