Din: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 15:
* Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür. [[Əbu Turxan]]
* Din ümumbəşəri zəhlə tökən nevrozdur. [[Ziqmund Freyd]]
* Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqlarınmövcudluğunudayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. [[Ziqmund Freyd]]
* Dini illüziyaların müasir mədəni həyatdan yoxa çıxmasını istəməyən də başa düşür ki, bu illüziyalar insanlar üçün nevrotik təhlükədən güclü müdafiə idi. [[Ziqmund Freyd]]
* Dini təlimlərin hamısı illüziyadan ibarətdir və onları sübuta yetirmək qeyri-mümkündür. Heç kim bunların doğruluğunu qəbul etməyə və ya inanmağa məcbur oluna bilməz. [[Ziqmund Freyd]]