Rabindranat Taqor: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 126:
* Mən əlbəttə ki, çiçəklərsiz də keçinə bilərəm. Amma onlar özümə hörmət etməkdə mənə kömək edirlər. Çünki, onlar gündəlik qayğıların əl-qolumu bağlamadığını sübut edirlər. Onlar mənim azadlığımın sübutudur.
* “Mən şeh damlamı itirdim”, - deyə çiçək bütün ulduzlarını itirən sübh çağına şikayət edir...
* Mənə elə gəlir ki, sanki canlı bir planetəm və ideyalar çevrəsinə qoşulmuşam. Amma təsəvvür edə bilmirəm ki, nə istəyirəm, nəyi düşünürəm, hansı qərara gəlirəm. Nəyi sevmədiyimi, nəyi istəmədiyimi də bilmirəm. Mən öz doğuluşumdan əvvəl yaranmışam. Mən özümü seçə bilməzdim. Mən – seçilmişəm. Ona görə də əlimə düşmüş "Mən”dən istifadə etməliyəm.
* Mənim göydə ulduzlarım var... amma mən evimdə yandırılmayan kiçik bir lampanın həsrətindəyəm.
* Mənim mövcud olmağım mənim üçün həmişə bir möcüzədir. Həyat elə budur.