Çanakya/Hökmdar: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
Sətir 56:
* Hər cür insanların yaşadığı torpaqları fəth edən hökmdar, ölkəsini qanunun tələblərinə uyğun idarə etməklə qələbəsinin bəhrələrindən zövq almalıdır.
* Həyatınıza təhlükə yarada biləcək altı varlıqla ehtiyatlı olun: hökmdarla, odla, su ilə, qadınla, ilanla və axmaqla.
* Hislərinə hakim olan, dindar, tərki-dünya insanlara hörmət edən və öz təbəələrinin rifahına can atan hökmdar onlara layiqli müdafiə göstərməyə qadirdir.
* Hökmdar agentlərin gözü ilə ölkəsinin hər hansı bir kəndində baş verən hər şeyi görür.
* Hökmdar barışığı altı ay və ya bir il müddətinə bağlamalıdır. Bu müddət düşmənin gücünü bilməyə və onu məğlub etməyə kifayət edər.